AZ

İrandan Küveytə hücum: Nazirlik binasına zərbə endirildi

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İranın pilotsuz uçuş aparatı Küveytin Maliyyə Nazirliyinin binasına hücum edərək ona ziyan vurub.

Oxu.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Hücum nəticəsində xəsarət alan yoxdur. Nazirliyin əməkdaşları aprelin 5-də məsafədən işləyəcəklər, vətəndaşların qəbulu isə təxirə salınacaq. Qurumun əyani iş rejimi aprelin 6-da bərpa olunacaq", - deyə məlumatda bildirilir.

KUNA xəbər agentliyinin məlumatına görə, İranın zərbələri nəticəsində Küveytdə iki enerji və su təchizatı stansiyası da zədələnib və onların fəaliyyəti dayandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
2
oxu.az

3Mənbələr