AZ

Azər Bağırov: “Özümüzə çox inanırıq” – ARENA.AZ

Premyer Liqada mübarizə aparan “Kəpəz”in baş məşqçisi Azər Bağırov Gəncə klubunun mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, o, komandasının fasilə dönəmindəki hazırlığını və bu gün Premyer Liqanın 26-cı tur çərçivəsində qarşılaşacaqları “Qəbələ” ilə oyunu dəyərləndirib:

“İki həftəlik fasilə komandamız üçün çox faydalı olacaq. Milli fasilə dövründə futbolçuların həm fiziki, həm taktiki, həm də psixoloji hazırlığı üzərində planlı şəkildə işləyirdik. Şükürlər olsun ki, bu iki həftəni zədəsiz və istədiyimiz səviyyədə başa vurmuşuq.

İnşallah, zaman göstərəcək ki, komanda “Qəbələ” ilə oyuna necə hazırlaşıb. Çünki yekunda əsas olan nəticədir və ümid edirəm ki, bu nəticə “Kəpəz”in xeyrinə olacaq. Çünki komandada yüksək əhval-ruhiyyə var. Özümüzə çox inanırıq. Bilirik ki, bu 2 həftəlik ara “Kəpəz”in xeyrinə olacaq”.

Qeyd edək ki, “Kəpəz” – “Qəbələ” oyununa bu gün saat 15:30-da start veriləcək. Gəncə təmsilçisi cari mövsümdə topladığı 21 xalla 12 iştirakçı arasında 10-cu sırada qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
17
5
arena.az

10Mənbələr