AZ

İranla müharibə yaxın vaxtda bitməzsə... Zelenski yeni planını elan etdi

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Ukrayna, ABŞ və İsrailin İrana qarşı apardığı müharibə fonunda Patriot hava hücumundan müdafiə sistemləri üçün raket tədarükünün azalmasına hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdə uzanan münaqişə ABŞ-ın dəstəyini daha da zəiflədə bilər və hazırda Ukrayna prioritet deyil.

Zelenski əlavə edib ki, məhz Patriot sistemləri ən əsas və təcili problemdir, çünki Ukraynanın onlara tam alternativi yoxdur.

“Bu sistemlər heç vaxt kifayət qədər miqdarda verilməyib. Əgər İranla müharibə yaxın vaxtda bitməzsə, onsuz da bizim üçün kiçik olan paket hər gün daha da azalacaq. Məhz buna görə, əlbəttə ki, biz narahatıq”, — deyə prezident vurğulayıb.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
globalinfo.az

1Mənbələr