AZ

Şəmkirdə 16 yaşlı gənc qətli bacısına görə törədibmiş

Şəmkirdə baş verən qətlin təfərrüatı məlum olub.

Hit.Az APA-ya istinadən bildirir ki, qətlə yetirilən 19 yaşlı Ramal Quliyev hadisəni törədən 2010-cu il təvəllüdlü F.Paşazadənin bacısını sevirmiş.

F.Paşazadə gecə saatlarında R.Quliyevə zəng edərək evlərinə çağırıb.

Bu zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə zamanı 16 yaşlı F.Paşazadə 19 yaşlı Ramal Quliyevə 3 bıçaq zərbəsi vurub.

R.Quliyev hadisə yerində həyatını itirib.

Seçilən
25
4
hit.az

4Mənbələr