SAMUX, 5 aprel. TELEQRAF
Samuxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, minik avtomobili 1974-cü il təvəllüdlü Gədəbəy rayon sakini Əjdər Ələsgərovu vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, onun hadisə yerində dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma başlanılıb.