AZ

Ançelotti Neymarı DÇ-2026-ya aparmayacaq - İDDİA

Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelottinin "Santos"un ulduz hücumçusu Neymarı 2026-cı il dünya çümpionatı üçün çağırmaq planı yoxdur.

Fanat.Az xəbər verir ki, bu iddia "Globo"ya məxsusdur.

"Ançelotti Neymarı mundiala dəvət etmək barədə düşünmür. Bu, onun planlarında yoxdur. O, Neymar ətrafındakı bütün ajiotajı başa düşmür.

İctimaiyyətin Neymarı heyətə daxil etmək çağırışları haqlıdır. Bu, onun əvvəlki illərdəki performansı ilə bağlıdır, uzun müddətdir meydanda olmayan Neymarı iş başınds görmək gözləntiləri var. Lakin Ançelotti son ayların performansını qiymətləndirir və Neymarın bu dövrdəki performansı onu son heyətə yaxınlaşdırmır", - deyə mənbə vurğulayıb.

34 yaşlı hücumçu hazırkı Braziliya çempionatının 3 oyununda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Neymar 2014, 2018 və 2022-ci il dünya çempionatlarında iştirak edib.

Seçilən
20
1
fanat.az

2Mənbələr