AZ

Trampın ultimatumuna Tehrandan CAVAB: Hörmüz bu halda AÇILACAQ

İran Hörmüz boğazını yalnız müharibə nəticəsində dəymiş ziyanın tam şəkildə kompensasiya edilməsindən sonra açacaq.

Musavat.com xəbər verir ki, bu barədə yüksək rütbəli iranlı rəsmi ABŞ prezidenti Donald Trampın ultimatumuna cavab olaraq CNN-ə açıqlamasında bildirib.

Rəsmi nümayəndənin sözlərinə görə, bu addım yalnız yeni hüquqi rejim çərçivəsində və tranzitdən əldə olunan gəlirlər hesabına mümkün ola bilər.

Qeyd olunub ki, Tehran tərəfi öz maraqlarının tam təmin olunmasını əsas şərt kimi irəli sürür.

Musavat.com.

Seçilən
47
musavat.com

1Mənbələr