AZ

Gündə bir qədəh şərab kişiləri altı ay cavanlaşdırır – ARAŞDIRMA

Gündə bir qədəh şərab kişiləri təxminən altı ay cavanlaşdıra bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “elmi araşdırma” məlumat yayıb.

İtaliyalı alimlər apardıqları araşdırmalar nəticəsində maraqlı bir faktı aşkar ediblər: gündə bir qədəh şərab içmək kişiləri bioloji olaraq təxminən altı ay cavanlaşdıra bilər.

Tədqiqatçıların fikrincə, bu təsir şərabın tərkibindəki polifenollarla bağlıdır. Bu maddələr orqanizmdə iltihabı və oksidləşdirici stressi azaldaraq, maddələr mübadiləsini (metabolizmi) yaxşılaşdırır.

Qeyd olunur ki, kişilərdən fərqli olaraq, qadınlarda spirtli içkilərin metabolizmi və hormonal fon fərqli olduğu üçün şərabın belə bir “cavanlaşdırıcı” effekti müşahidə edilmir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
90
interpress.az

1Mənbələr