AZ

Ukrayna və Suriya səfirliklərin yenidən açılması ilə bağlı razılığa gəlib

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Ukrayna və Suriyanın səfirlikləri müvafiq olaraq Dəməşq və Kiyevdə yenidən fəaliyyətə başlayacaq.

APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Telegram” kanalında məlumat verib.

"Yaxın gələcəkdə Kiyev və Dəməşqdəki səfirliklərin yenidən açılması barədə razılığa gəldik. Bu, tərəfdaşlığımızın gücləndirilməsində mühüm addımdır", - o bildirib.

Qeyd edək ki, hazırda Suriyada olan Ukrayna prezidenti Volodimir Zelenski Suriya prezidenti Əhməd əş-Şara ilə görüşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
apa.az

2Mənbələr