ABŞ-nin Kiyevdəki səfirliyi telekommunikasiya xidmətlərinin göstərilməsi üçün ümumi dəyəri 514 min dollardan çox olan altı müqavilə bağlayıb.
Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.
Məlumata görə, ən böyük müqavilə mobil rabitə xidmətləri ilə bağlı olub və Ukraynanın üçüncü ən böyük mobil operatoru olan "Lifecell" şirkətinə verilib. Təxminən 138 min dollar dəyərində olan bu müqavilənin müddəti 2026-cı ilin avqust ayına qədər nəzərdə tutulub. Qeyd olunur ki, müqavilə tender keçirilmədən, birbaşa tək təchizatçı ilə imzalanıb.
Səfirliyin internetə çıxışı isə ölkənin ən böyük genişzolaqlı operatoru olan “Ukrtelekom” tərəfindən təmin edilir. Bu xidmət üçün 111 min dollar dəyərində müqavilə bağlanıb.
Aytəkin TOFİQQIZI