AZ

Bakıda "Ford Transit" piyadanı vurub öldürdü

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə aprelin 5-də Zabrat-Kürdəxanı yolunda qeydə alınıb.
 
Belə ki, Ələkbərov Hacıağa Teyyub oğlunun idarə etdiyi “Ford Transit” markalı avtomobil Zabrat qəsəbəsindən Kürdəxanı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - Kərimov Zülfi Heybət oğlunu vurub.
 
Nəticədə piyada hadisə yerində həyatını itirib.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
 
Seçilən
17
1
moderator.az

10Mənbələr