AZ

Bu ölkə elektrik enerjisinə məhdudiyyətlər tətbiq etdi

Müəllif:Mehin Qasımova,Banco.az

Yaxın Şərqdə şiddətlənən münaqişə qlobal neft qiymətlərini rekord həddə çatdırıb.

Banco.az xəbər verir ki, bu da bir çox ölkədə enerji və büdcə böhranına səbəb oldu. Seneqal, Cənubi Sudan, Zimbabve və Efiopiya kimi ölkələr qənaət tədbirləri tətbiq ediblər.

Seneqalın Baş naziri  artan xərclər qarşısında dövlət xərclərini nəzarətdə saxlamaq məqsədilə nazirlərin bütün vacib olmayan xarici səfərlərinə qadağa qoyulduğunu deyib.

Planlaşdırdığı səfərləri də ləğv edən Sonko, vətəndaşlarını dünya miqyasında çətin iqtisadi şərtlər qarşısında dözümlü olmağa çağırıb. Enerji böhranından əziyyət çəkən digər bir ölkə olan Cənubi Sudanda paytaxt Cubada elektrik enerjisi istehlakı məhdudlaşdırılıb, Efiopiyada isə yanacaq çatışmazlığı ictimai xidmətlərin fəaliyyətini dayandırıb. Bəzi dövlət qurumlarının işçilərini məcburi məzuniyyətə göndərdiyi Efiopiyada nəqliyyat və istehsal xətlərində ciddi fasilələr var. Zimbabve böhranla mübarizə aparmaq üçün alternativ üsullara əl ataraq, yanacaq xərclərini azaltmaq üçün neftdəki etanol miqdarını artırmaq qərarına gəlib. Bölgədəki mədən və enerji nazirliklərinin yaxın günlərdə əlavə məhdudlaşdırıcı paketlər elan etməsi gözlənilsə də, ekspertlər Yaxın Şərqdəki davam edən qeyri-sabitliyin Afrika iqtisadiyyatlarında enerji təchizatı təhlükəsizliyini daha da böyük risk altına qoyacağı barədə xəbərdarlıq ediblər.

Seçilən
28
2
banco.az

3Mənbələr