AZ

Tehranda iki ev və universitet bombalandı Azı 13 nəfər həlak olub, xeyli yaralı var

ain.az, Mia.az portalına istinadən məlumat verir.

Ötən gecə ABŞ-İsrail qüvvələri İranın paytaxtı Tehranı bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hücum zamanı təkcə Baharistan rayonunda on üç nəfər həyatını itirib.

Bu barədə Fars Xəbər Agentliyinə Baharistan valisi Əbdülhəmid Şərifi açıqlama verib. O bildirib ki, rayonunun Kale Mir qəsəbəsində iki ev vurulub: “Vurulan evvlərdə 13 nəfər ölüb, yaralılar və  dağıntılar altında qalanlar var. Axtarış-xilasetmə əməliyyatları davam edir”.

İran mediası yazır ki, bununla yanaşı, Tehranın bəzi bölgələrində də gecə yarısı partlayışlar olub. Burada da itkilərin olması istisna edilmir: “Tehran səmasında döyüş təyyarələrinin görünməsindən sonra cənub və qərb bölgələrində partlayışlar baş verib. Dağıntlar var İtki dəqiqləşdirilir”.

Xəbərdə o da deyilir ki, vurulan obyektlərdən Texnologiya Universiteti olub.

Tahir Şəlvəli

MİA.AZ

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
mia.az

1Mənbələr