AZ

Susmayın, sabah gec olacaq!

Yazını böyüt
Yazını kiçilt

“Beynəlxalq ictimaiyyət hər gün, hətta hər an ABŞ və İsrailin İranın müsəlman xalqına qarşı artan təzyiqlərinin və zorakı aktlarının şahidi olduğu bir vaxtda, bir çox dövlətlər və beynəlxalq təşkilatlar bu cinayətlər qarşısında sükut nümayiş etdirirlər”.

Bu sözlər İranın ölkəmizdəki səfirliyindən Hafta.az-a daxil olan məqalədə deyilir. Qeyd edilir ki, bu dövlətlərin sükutu və Benyamin Netanyahunun rəhbərliyi ilə İsrail hökumətinin hərəkətlərinə, eləcə də ABŞ-ın dəstəyinə qarşı qəti reaksiya verməmələri sadəcə "laqeydlik" deyil, əksinə, dünyanın müxtəlif bölgələrində zülmün və qətliamların davam etdirilməsi və genişləndirilməsi üçün verilmiş "yaşıl işıq" hesab olunur.

“Rəsmi qınaqların olmaması və İsrailə qarşı effektiv iqtisadi sanksiyaların tətbiq edilməməsi dünyaya belə bir mesaj göndərir ki, insan hüquqlarının pozulması normal və icazə verilən bir haldır” yazılan məqalədə deyilir: “Bu çərçivədə, İran Allahın yardımı ilə, öz cəsur və fəhmli xalqına arxalanaraq təcavüzkar düşmənlərin cinayətlərinə qarşı müqavimət göstərmişdir və Allahın lütfü ilə yaxın gələcəkdə bu meydanın qalibi olacaq. Lakin məsələnin kökü ondadır ki, bu vəziyyətin davam etməsi beynəlxalq müstəvidə zorakılığın legitimlik qazanmasına və qeyri-bəşəri davranışların sistemli xarakter almasına yol açır. Əgər bu gün bu hadisələrdən ibrət götürülməsə, bu dağıdıcı proses gec-tez digər millətlərə də sirayət edəcək. Bu gün hədəf İran xalqıdırsa, sabah başqa bir ölkə ola bilər... Bəllidir ki, əgər bu qanlı çarx dayandırılmasa, o, heç bir sərhəd tanımayacaq”.

Qeyd edilir ki, indi seçim vaxtıdır: ya bəşəriyyətin və insanlığın yanında durmaq, ya da onun süqutunu səssizcə izləmək.

“Reallıq budur ki, indi bütün dünya xalqları, dövlətlər və beynəlxalq təşkilatlar hər hansı qorxu olmadan sükutu pozmalı, şəffaf mövqe nümayiş etdirməli və sanksiyalar, qınaqlar, ABŞ-İsrail cinayətkarlarının hərəkətlərinə etirazlar kimi praktiki addımlarla insan hüquqlarının təməl prinsiplərini qorumalı və İran xalqının haqlarını müdafiə etməlidirlər”, - məqalədə qeyd olunur.

Seçilən
25
hafta.az

1Mənbələr