Bakı. Trend:
Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti iləəlaqədar bəzi limanlarda gəmilərin hərəkətinə müvəqqətiməhdudiyyətlər tətbiq edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyininmətbuat katibi Pərvanə İmanova məlumat verib.
“Əlverişsiz hava şəraiti səbəbindən Qaradağ, Dübəndi və Sahillimanlarına gəmilərin giriş-çıxışı müvəqqəti olaraq dayandırılıb.Digər limanlarda isə fəaliyyət normal qaydada davam edir”, - ovurğulayıb.
Qeyd edək ki, hazırdxa ölkə ərazisində qeyri-sabit hava şəraitihökm sürməkdədir. Məlumata görə, Bakıda və Abşeron yarımadasındaaprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb. Bu daaylıq normanın 390%-ni təşkil edir. Müşahidə olunan qeyri-sabithava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sıaxşamadək davam edəcəyi proqnozlaşdırılır.