AZ

Azərbaycanda bəzi limanlar bağlanıb

Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar 3 liman bağlanıb.

Bu barədə "Unikal"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) mətbuat katibi Pərvanə İmanova məlumat verib.

"Əlverişsiz hava şəraiti səbəbindən Qaradağ, Dübəndi, Sahil limanlarına giriş-çıxış bağlanıb. Amma digər limanlar açıqdır".

Qeyd edək  ki, Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərə intensiv və güclü yağış, dağlıq ərazilərə isə qar yağır. Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb ki, bu da aylıq normanın 390 %-ni təşkil edir. Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24, Şabranda 20, Gəncə, Daşkəsəndə 18 m/s-dək güclənir.

Seçilən
12
13
unikal.az

10Mənbələr