AZ

Gülbenə cinayət işi açıldı, evinə polislər gəldi

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Məşhur müğənni Gülben Ergen sosial media paylaşımlarına görə hüquqi problemlərlə üzləşib. Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi Fatmanur Çelik və qızı Hifa İkra Şengüler barədə paylaşımlar edən sənətçi haqqında cinayət işi açılması üçün müraciət edib. Bu şikayətdən sonra müğənninin evinə polis əməkdaşları gəlib.Hadisə barədə izləyicilərinə məlumat verən sənətçi nazirliyin şikayəti əsasında polis tərəfindən idarəyə aparıldığını bildirib. O, yaşanan prosesə görə narahat olmadığını və ifadə verməkdən qürur duyacağını vurğulayıb.Xatırladaq ki, İstanbulun Zeytinburnu sahilində cansız bədənləri tapılan Fatmanur Çelik və azyaşlı qızı ölümlərindən əvvəl hamıdan kömək istəmişdilər. Çelikin uşaq yaşlarında istismara məruz qaldığı və zorla evləndirildiyi iddia olunur. Gənc qadın başına bir iş gələcəyi təqdirdə bunun in...r kimi qələmə verilməməsini xahiş etmiş və ədalət tələbi ilə aksiya keçirmişdi. Gülben Ergenin məhz bu həssas mövzu ilə bağlı reaksiyası rəsmi qurumların narazılığına səbəb olub. Hazırda sənətçi ilə bağlı araşdırmalar davam edir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
demokrat.az

1Mənbələr