AZ

İsrailin İrana hücumlarında 7 nəfər həlak olub

İsrailin Livanın cənubundakı Tir və Nəbatiyyə şəhərlərinə endirdiyi hava hücumları nəticəsində 7 nəfər həlak olub.

Missiya.Az xəbər verir ki, bu barədə Livan Rəsmi xəbər agentliyi NNA məlumat yayıb.

Məlumata görə, İsrail təyyarələri gecə saatlarında Tir bölgəsindəki Burj Rahhal, Ərzun və Ganduriyye şəhərlərini hədəfə alıb. Burj Rahhala edilən hücumda üç nəfər həlak olub.

İsrail ordusu həmçinin Nəbatiyyə bölgəsindəki Cənubi Aba, Səfəd Battih və Haris şəhərlərinə hücumlar təşkil edib. Cənubi Abadakı hücumda bələdiyyə başçısı Məhəmməd Tarhini və daha üç nəfər həyatını itirib.

İsrail ordusunun səhər tezdən Livanın şərqinə endirdiyi hava hücumları nəticəsində çoxsaylı evlər dağıdılıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
19
missiya.az

1Mənbələr