AZ

Azərbaycanda maaşla bağlı yeni tələb formalaşır

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda işəgötürənlərin əməkhaqqı siyasətində ciddi dəyişikliklər gözlənilir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin son iclasında Əmək Məcəlləsinə təklif olunan yeni düzəlişlər müzakirə edilib. Bu layihə birbaşa olaraq kişi və qadın işçilər arasındakı maaş fərqinin aradan qaldırılmasını hədəfləyir.Yeni qaydalara görə, rəhbərlər eyni və ya bərabər dəyərli işi görən əməkdaşlarına cinsindən asılı olmayaraq eyni məbləğdə ödəniş etməli olacaqlar. Burada söhbət təkcə eyni vəzifədən getmir. İşin ağırlığı, xarakteri və əmək şəraiti bərabərdirsə, ödənilən məbləğ də eyni olmalıdır. İşin bərabər dəyərli olub-olmamasını isə işəgötürən mövcud tarif-ixtisas kitabçalarına əsasən təyin edəcək.Qanunvericiliyə edilən bu konkretləşdirmə iş dünyasında bərabərliyi təmin etmək üçün mühüm addım hesab olunur. Məcəllənin 12-ci maddəsinə edilən əlavə ilə bu məsələ artıq bir seçim yox, işəgötürənin birbaşa vəzifəsi kimi müəyyən edilir. Beləliklə, maaş sistemində yaranan subyektiv yanaşmaların və cinsə görə ayrı-seçkiliyin qarşısının daha sərt şəkildə alınması planlaşdırılır.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
demokrat.az

1Mənbələr