AZ

Almatıda Azərbaycanın ali təhsil imkanları təqdim olunacaq – “Study in Azerbaijan” sərgisi

7-8 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetində "Study in Azerbaijan" təhsil sərgisi keçiriləcək. 

Tədbir geniş spektrli təhsil proqramları, təqaüd imkanları təqdim etmək və ziyarətçiləri ölkəmizdəki tələbə həyatı ilə tanış etmək məqsədilə Azərbaycanın aparıcı universitetlərini bir araya gətirəcək.

Sərginin məqsədi təhsil sahəsində əməkdaşlığı genişləndirmək, tələbələri və gənc mütəxəssisləri xaricdə yüksək keyfiyyətli təhsil almaq imkanları haqqında məlumatlandırmaqdır.

Sosial media hesabları:

Facebook: https://www.facebook.com/StudyinAzerbaijan.edu.az

Instagram: https://www.instagram.com/studyinaze

Milli.Az

Seçilən
10
9
milli.az

10Mənbələr