JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

“Gənclər üçün media savadlılığı və ifadə platforması ” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub.

Layihənin əsas məqsədi 14-17 yaş arası 30 şagirdin media savadlılığını artırmaq, tənqidi düşüncə və müasir media vasitələrindən düzgün istifadə bacarıqlarını inkişaf etdirməklə onları informasiya mühitində şüurlu və aktiv iştirakçıya çevirməkdir.

Layihə çərçivəsində 59 nömrəli tam orta məktəbin şagirdlərində tənqidi və yaradıcı düşüncə, düzgün informasiya seçimi və özünüifadə bacarıqları inkişaf etdiriləcək, eyni zamanda Azərbaycanın təhsil sisteminin müasirləşməsinə və gənc, yaradıcı media kadrlarının formalaşmasına töhfə verəcəkdir.

Açılış mərasimində 59 nömrəli tam orta məktəbin direktoru Fəzail Məmmədov,
təlim-tərbiyə işləri üzrə direktor müavini Günay Məmmədova, layihənin təlimçisi Fərid Hacıyev çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, layihə Əliyeva Könül tərəfindən 59 nömrəli tam orta məktəbdə icra olunur.


JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX