AZ

FHN rəsmisi:Keşlə qəsəbəsində 97 sakin təhlükəsiz əraziyə təxliyə edilib

BAKI, 6 aprel. TELEQRAF

“Paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində kollektorda baş verən nasazlıq səbəbindən suyun təsirinə məruz qalmış ərazilərdə FHN-nin müvafiq qüvvələri tərəfindən aidiyyəti tədbirlər həyata keçirilir”.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Pərviz Aslanov deyib.

O bildirib ki, gecə saatlarında da FHN qüvvələri fasiləsiz olaraq müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər:

“Bu saata olan məlumata əsasən, 97 sakin təhlükəsiz əraziyə təxliyə edilib. Hazırda ərazidən suyun çəkilərək kənarlaşdırılması nazirliyin qüvvələri tərəfindən davam etdirilir”.

Seçilən
17
7
teleqraf.com

10Mənbələr