AZ

FHN dən İnşaatçılar qəsəbəsindəki subasma ilə bağlı açıqlama VİDEO YENİLƏNİB

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda, İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev küçəsindəki binaların ətrafının su altında qalması ilə bağlı mövqeyini açıqlayıb.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, mövcud qanunvericiliyə, o cümlədən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən, bu kimi hallar onların deyil, yerli icra hakimiyyəti strukturları və su-kanalizasiya təchizatı qurumlarının vəzifəsinə daxildir.

FHN həmçinin qeyd edib ki, intensiv yağan yağış səbəbindən evlərini tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi isə yalnız onların müraciəti əsasında həyata keçirilir. Vətəndaşlar bu halda FHN-in “112” qaynar telefon xəttinə müraciət edə bilərlər.

Nazirlik sakinlərə təhlükəsizlik qaydalarına riayət etməyi və suyun içərisinə girməməyi tövsiyə edib.

Murad İsmayıl

***

11:59

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev küçəsindəki binaların ətrafını su basıb.

Sakinlərin Bakıvaxıt.az-a verdiyi məlumata görə, yağış suları binanın ətrafında toplanaraq çıxışı mümkünsüz edib və insanlar evdən çıxa bilmirlər.

Sakinlər vəziyyətin ciddiliyini bildirir və yardımın tez bir zamanda göstərilməsini tələb edirlər.

Murad İsmayıl

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
bakivaxti.az

1Mənbələr