AZ

Sumqayıtda TƏHLÜKƏ: Azyaşlıları təhdid edən şəxslə bağlı araşdırmalara başlanıldı - FOTO - VİDEO

Sumqayıt şəhəri, 41-ci məhəllədə bıçaqlı şəxs azyaşlılara hücum edir.

Ölkə.az xəbər verir ki, bu barədə oxu.az-a daxil olan şikayətdə qeyd olunub.

Şikayətçilərin sözlərinə görə, Şahhüseyn Qəmbərov adlı şəxs mütəmadi olaraq əlində bıçaqla həyətə çıxaraq azyaşlıları təhdid edir:

"Uşaqları həyətə buraxa bilmirik. Hər gün əlində bıçaqla gəzir, uşaqların üstünə gedir. Dəfələrlə polisə müraciət etmişik. Gəlib aparırlar, lakin qısa müddət sonra yenidən sərbəst buraxılır".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli məlumat verib ki, Sumqayıt şəhəri, 41-ci məhəllədə azyaşlıları bıçaqla təhdid edən şəxslə bağlı araşdırmalara başlanılıb.

O qeyd edib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılır.

Seçilən
5
1
olke.az

8Mənbələr