AZ

Türkiyədən Kubaya kömək - Ölkəyə üzən elektrik stansiyası göndərildi

Türkiyə Kubaya kömək məqsədilə "Belgin Sultan" üzən elektrik stansiyasını göndərib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.
 
Məqalədə qeyd olunur ki, ciddi enerji böhranı ilə üzləşən Kuba Türkiyənin üzən stansiyadan elektrik alacaq. Stansiya-gəmi artıq Havananın limanına çatıb və ölkə əhalisinin əhəmiyyətli bir hissəsini elektrik enerjisi ilə təmin etməyə başlayıb.
 
Qeyd olunur ki, Kuba yanacaq təchizatı problemləri və enerji infrastrukturunun pisləşməsi səbəbindən çətin vəziyyətdə qalıb. Son həftələrdə milyonlarla sakin elektrik kəsintiləri ilə üzləşib.
 
"Türkiyənin üzən elektrik stansiyası modeli bu cür böhranların sürətli həlli kimi qəbul edilir. Bu cür qurğular tez bir zamanda şəbəkəyə qoşula və daimi qurğular tikməyə ehtiyac olmadan sabit enerji təchizatını təmin edə bilər", - deyə məqalədə bildirilib.
 
Xatırladaq ki, yanvar ayında ABŞ prezidenti Kubanı neftlə təmin edən ölkələrdən gətirilən mallara rüsumların tətbiq edilməsinə icazə verən sərəncam imzalayıb. Bundan əlavə, dövlət başçısı Kubadan qaynaqlanan milli təhlükəsizlik təhdidi iddiası ilə fövqəladə vəziyyət elan edib.
 
Seçilən
27
1
moderator.az

2Mənbələr