AZ

"Azərkosmos"un xidmət ixracından gəlirləri 10 % azalıb

Bu ilin yanvar - fevral ayında Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) dünyanın 32 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

"APA-Economics" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % azdır.

İki ayda “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 710,4 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 545.4 min ABŞ dolları ilə Lüksemburq, 374,4 min ABŞ dolları ilə İsveç, 162 min ABŞ dolları ilə Türkiyə, 152,5 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.

Seçilən
20
4
apa.az

10Mənbələr