AZ

"Azərkosmos"un ixrac gəlirləri azalıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Kosmik Agentlik ("Azərkosmos")dünyanın 32 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində peyktelekommunikasiya xidmətləri ixrac edib.

Trend bu barədə İqtisadi İslahatların Təhlilivə Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı il üçünmart sayına istinadən xəbər verir.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10%azdır.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumigəlirlərinin 65%-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracınınilk beşliyində 710,4 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 545.4min ABŞ dolları ilə Lüksemburq, 374,4 min ABŞ dolları ilə İsveç,162 min ABŞ dolları ilə Türkiyə, 152,5 min ABŞ dolları ilə Pakistanqərarlaşıb.

Məqalədə:
Seçilən
8
8
az.trend.az

10Mənbələr