AZ

Lukaşenko: ABŞ İranda öz zəifliyini göstərdi

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Taalatbek Masadıkov ilə görüşündə bildirib ki, ABŞ İranda öz zəifliyini nümayiş etdirib.

Xalqcebhesi.az-ın məlumatına görə, Belarus lideri dünyadakı vəziyyətə diqqət çəkərək vurğulayıb ki, KTMT müvafiq nəticələr çıxarmalıdır və bu, xüsusilə İrandakı hadisələrə aiddir. "Bu, böyük ənənələri olan güclü bir ölkədir. Bu gün ABŞ üçün ən təhlükəli məqam amerikalıların öz zəifliklərini göstərmələridir. Onlar həmişə əsas düşmənlərinin Çin olduğunu deyirdilər. Lakin bu gün amerikalılar da başa düşdülər ki, çinlilərin öhdəsindən heç vaxt gələ bilməyəcəklər. Heç vaxt. Bunu İrandakı vəziyyət də nümayiş etdirir", — deyə BelTA agentliyi prezidentdən sitat gətirib.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
icma.az

2Mənbələr