AZ

Özbəkistan prezidentinin qızı Trampın Mar-a-Laqodakı iqamətgahında olub

Özbəkistan prezidentinin qızı Səidə Mirziyoyeva Florida ştatındakı Mar-a-Laqo iqamətgahında olub və ABŞ-ın Hindistandakı səfiri Serjio Qor ilə görüşüb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, o, bu barədə aprelin 6-da Telegram kanalında bildirib.

"ABŞ prezidentinin Cənubi və Orta Asiya üzrə xüsusi elçisi səfir Serjio Qor ilə Mar-a-Laqoda görüşməkdən məmnun oldum", - deyə paylaşımda bildirilir.

Mirziyoyeva Vaşinqtonda bir sıra məhsuldar danışıqları səbirsizliklə gözlədiyini bildirib. Onun paylaşdığı fotolarda Özbəkistan prezidentinin qızının ABŞ prezidenti Donald Trampın kiçik qızı Tiffani ilə birlikdə olduğu görünür.

QAZİLER.AZ

Seçilən
33
3
qaziler.az

5Mənbələr