AZ

İsrail İranın enerji obyektlərini vurmağa hazırlaşır – ABŞ-dan yaşıl iş gözlənilir

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İsrailin yüksək rütbəli rəsmisi ölkəsinin bu həftə ərzində İranın enerji infrastrukturuna qarşı hərbi əməliyyatlara başlamaq üçün ABŞ-dan rəsmi razılıq gözlədiyini bəyan edib.

TurkicWorld xəbər verir ki, "Wall Street Journal" qəzetinin İsrail rəsmisinə istinadən yaydığı məlumata görə, Təl-Əviv İranın enerji müəssisələrini hədəfə almaq üçün Vaşinqtonun müvafiq qərarını gözləyir. Eyni zamanda, nəşrin mənbələri bildirir ki, beynəlxalq vasitəçilər hazırda İranı ABŞ ilə birbaşa danışıqlara cəlb etmək üçün zamanla yarışırlar.

Lakin diplomatik səylərə baxmayaraq, Tehranın danışıqlar masasına oturmaqdan hələ də imtina etdiyi qeyd olunur. Regional gərginliyin pik həddə çatdığı bir vaxtda, İsrailin mümkün zərbə planları qlobal enerji bazarlarında ciddi narahatlıq doğurub.

Seçilən
22
turkic.world

1Mənbələr