AZ

İranın “Patriot”ları dələn silahları – hansı taktika dünyanı şoka salıb?

İranın yeni taktikaları Yaxın Şərqdəki müdafiə planlarını alt-üst edib, xüsusilə Tehranın İsrailə qarşı hücumlarda kasetli bombalardan istifadəsi dünyada təəccüblə qarşılandı. Çünki bu yanaşma İsrailin güclü raketdən müdafiə sisteminə nüfuz etmək imkanı yaradıb.

Publika.az
xəbər verir ki, bu barədə “The War Zone” saytı yazır.

Məqalədə bildirilir ki, İran müharibənin davam etdiyi beş həftə ərzində 500-dən çox raket, o cümlədən, ən azı 30 kasetli bomba atıb: “12 günlük müharibədə də kütləvi şəkildə istifadə edilən bu döyüş başlıqları İsrailin raketdən müdafiə sistemlərini dəlməyi bacardı”.

Sayt qeyd edir ki, İranın kasetli bombalarında 20-30 sursat, “Xürrəmşəhr” raketlərində isə 2-5 kiloqram ağırlığında 80-ə qədər sursat mövcuddur: “Bu raketlər yeddi kilometr hündürlükdə uçur və 27 kilometr radiusda hərəkət edir. Bu da onların qarşısını almağı çətinləşdirir. “Patriot” və “David Sling” sistemləri bu raketlər qarşısında uğursuzdur, İsrail onlara qarşı “Arrow 3”, “Amerika SM-3”, THAAD və SM-6 kimi daha bahalı sistemlərdən istifadə etməyə məcbur olur”.

Müəllif: Asif

Seçilən
27
publika.az

1Mənbələr