AZ

Su basan ərazilərdə təxirəsalınmaz tədbirlər görülür

Paytaxtın bir sıra ərazilərində yağan güclü yağışlar nəticəsində yığılan suların kənarlaşdırılması istiqamətində tədbirlər görülür.

Publika.az
xəbər verir ki, Qaradağ rayonu istiqamətində, Ələtdən Bakıya gələn yolun Lökbatan dairəsi yaxınlığında yaranan su yığıntıları xüsusi texnika vasitəsilə aradan qaldırılır.

Eyni zamanda, Lökbatan körpüsünün altında toplanan yağış suları nasoslar vasitəsilə çəkilərək ərazidən uzaqlaşdırılır.



Bununla yanaşı, Sabunçu vağzalının qarşısında yığılan yağış sularının təmizlənməsi üçün də operativ tədbirlər görülür.

Seçilən
7
publika.az

1Mənbələr