AZ

Azərbaycana qarşı onlardan üç dəfə dəstək istədik, gəlmədilər - Köçəryan

BAKI, 6 aprel. TELEQRAF

“Ermənistanın KTMT-dəki üzvlüyü dondurulub”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan İrəvanın KTMT-dən çıxmaq qərarının veriləcəyi mərhələnin gəlib-gəlməyəcəyi sualına cavab verərkən bildirib.

“Heç vaxt “heç vaxt” deməyin. Bilmirəm. Dünya çox narahatdır. Bu, KTMT-nin problemi deyil. Ölkəmizin təhlükəsizliyi, ölkənin maraqları addımlarımızın ardıcıllığını diktə etməlidir. (Azərbaycana qarşı Ermənistana - red.) Dəstək üçün KTMT-yə 2-3 dəfə müraciət etmişdik. Bu dəstək sözdən o tərəfə keçmədi”, - o, jurnalistlərə deyib.

Köçəryan xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla son görüşdə bu dəstək çağırışının Qarabağla bağlı olduğu üçün KTMT-dən adekvat cavabın almadığını bildirib.

Seçilən
28
teleqraf.com

1Mənbələr