AZ

İran ABŞ-a yeni şərt irəli sürdü – “Bu halda müharibə bitəcək”

İranın sabiq Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, 2015-ci il nüvə sazişinin əldə edilməsində mühüm rol oynamış şəxsi, ABŞ və İsraillə müharibənin dayandırılması üçün şərtlər irəli sürüb.

KONKRET.az xəbər verir ki, bu barədə məqalə Foreign Affairs jurnalında dərc olunub.

Rəsmi vəzifəsi olmasa da, İranın siyasi elitasında nüfuza malik olan Zərif, həmçinin prezident-reformist Məsud Pezeşkiyanın seçilməsinə kömək edib. Məqaləsində o qeyd edir ki, Tehran müharibədə açıq-aydın üstünlük əldə edib.
Buna baxmayaraq, Zərif təklif edir ki, İran “nüvə proqramına müəyyən məhdudiyyətlər qoysun və Hörmüz boğazını yenidən açsın qarşılığında bütün sanksiyaların ləğv olunması təmin edilsin.

Zərif vurğulayır ki, bu, Vaşinqtonun əvvəllər qəbul etməyəcəyi bir razılaşma ola bilər, amma indi mümkün görünür.

Eyni zamanda, sabiq nazir Donald Trampın yaxın ətrafını sərt tənqid edib. O, Trampın dostu Stiv Uitkoff və kürəkəni Cared Kuşneri həm geosiyasi, həm də nüvə texnologiyaları sahəsində “tamamilə səriştəsiz” adlandırıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
29
1
konkret.az

2Mənbələr