Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Qusarda güclü yağışlar səbəbindən rayonun Yasab və Piral kəndlərini birləşdirən yol istifadəyə yararsız vəziyyətə düşüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində kəndlərarası əlaqə kəsilib.
***
Hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğumuza cavab olaraq bildirilib ki, Qusar rayonu ərazisində yerləşən Həzrə–Sudur avtomobil yolunun təqribən 14-cü kilometrliyində yağan intensiv yağışlar nəticəsində yaranmış sel suları yolun bir hissəsini yuyaraq yararsız vəziyyətə salıb:
“Hadisə baş verən kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları dərhal əraziyə cəlb olunmuş, təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülmüş, ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb”.
Hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər davam etdirilir. Ərazi nəzarətdə saxlanılır.
Həmin görüntüləri təqdim edirik:
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.