AZ

Polşada şahmat üzrə şəxsi Avropa çempionatı keçiriləcək

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Aprelin 7-də Polşanın Katovitse şəhərində şahmat üzrə şəxsi Avropa çempionatına start veriləcək. 

Mötəbər yarışda 43 ölkədən 502 şahmatçı iştirak edir. Azərbaycanı Şahmat Federasiyasından verilən məlumata görə, Avropa çempionatında ölkəmiz 14 şahmatçı ilə təmsil olunacaq. 

Qitə çempionatında təmsilçilərimizdən Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli Zuqanov və Ceyhun Hüseynzadə mübarizə aparacaq.

Avropa çempionatı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazandıracaq. 

Xatırladaq ki, qitə çempionatı 11 turdan ibarət olaraq təşkil edilir. Yarışa aprelin 19-da yekun vurulacaq. 

Qabil YUSİFOĞLUXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
9
xalqqazeti.az

10Mənbələr