AZ

“Xankəndi” kitabı işıq üzü görüb

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Təhsil” nəşriyyatı tərəfindən Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Hikmət Xudiyevin (Hikmət Cəmilzadə)  yüksək poliqrafik keyfiyyətlə “Xankəndi” kitabı nəşr olunub. Əslən xankəndili olan müəllifin kitabı Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevə ithaf edilib.

Modern.az xəbər verir ki, kitab “Xankəndi: 1918-ci ilədək”, “Qədim kərkicahan”, “Xankəndi Azərbaycan  Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər), “Xankəndi 1920-1945-ci illərdə - sovetləşmə dövrü”, “Xankəndi  2-ci dünya  müharibəsindən sonraki  illərdə”, “Nizami gəncəvi adına 4 nömrəli məktəbi tarixi”, “Xankəndi Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə”, “Xankəndi Pedaqoji İnstitutunun tarixi”, “İşğala gedən yollar”, “Xankəndinin işğalı - Qəhrəman Kərkicahan”, “Xankəndi və Kərkicahanın şəhidləri”, “Azad Xankəndi” kimi fəsillərdən ibarətdir.Kitabda Xankəndi şəhərinin formalaşması və Qarabağ problemi fonunda cərayan edən hadisələr, XVIII əsrdən başlayaraq ermənilərin Qarabağa yerləşdirilməsi siyasəti ilə əlaqədar Azərbaycan xalqının milli maraqlarına zidd tarixi proseslər, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması və bundan sonra onilliklər boyu Xankəndinin "erməniləşdirilməsi” istiqamətində həyata keçirilən şovinist siyasət, ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə Xankəndidə erməni millətçilərinin separatçı fəaliyyətinin qarşısının qətiyyətlə alınması, şəhərin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlər, həmçinin Xankəndi, qədim türk yurdu Kərkicahanın I və II Qarabağ müharibəsı zamanı ermənilərin törətdiyi cinayətlər nəticəsində həlak olmuş sakinləri haqqında bioqrafik məlumatlar, 44 günlük müharibə və antiterror əməliyyatı, işğaldan azad edilmiş Xankəndidə aparılan bərpa-quruculuq işləri geniş işıqlandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
modern.az

1Mənbələr