Turkstan.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ-İsrail hücumlarından sonra bağlanmış Hörmüz boğazı ilə bağlı təhdidlər edən Donald Tramp İrana razılığa gəlmək və vacib marşrutu yenidən açmaq üçün verdiyi müddəti uzatdı.
Turkustan.az xəbər verir ki,Vaşinqton administrasiyası tərəfindən 8 aprelə qədər verilən Tehran boğazı açmamaqda israrlıdır. Bütün dünya hadisələri diqqətlə izləsə də, ABŞ və İrana iki mərhələli razılaşma təklifi təqdim edilib.
İranın xarici işlər naziri İsmayıl Bəkayi atəşkəsi qəbul etməzdən əvvəl müharibənin tamamilə bitməsi üçün zəmanət tələb etdiklərini bildirərək, "Biz müvəqqəti atəşkəs təklifini rədd edirik. Bu, cinayətin davam etməsi demək olardı" deyə, əlavə etdi. Beləliklə, ABŞ təklifini rədd etdiklərini açıqladılar.Hazırlanmış plana əsasən, proses iki mərhələdə davam edəcəkdi. Birinci mərhələ tərəflər arasında atəşkəs, ikinci mərhələ isə hərtərəfli razılaşma əldə etməyi hədəfləyirdi. Tərəflərə geniş sülh prosesi aparmaq üçün təxminən 20 gün vaxt verildi. Son danışıqların İslamabadda üzbəüz keçirilməsi planlaşdırılırdı.
Aytən Yaşar/ Turkustan.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.