GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Kiyevdə Peçersk təpələrində əsas Ukrayna bayrağı yarıya endirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Kiyev Şəhər Dövlət Administrasiyasının (KCSA) mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Ukrayna bayrağı 6 aprel bazar ertəsi günü gözlənilən pis hava şəraiti səbəbindən müvəqqəti olaraq endirilib”, – deyə bildirilib.
Qeyd olunur ki, bu gün Kiyevdə saniyədə 15-20 metrə qədər külək əsəcəyi gözlənilir, buna görə də Kiyev Şəhər Dövlət Administrasiyası bayrağı endirmək qərarına gəlib.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.