AZ

Yağışlar hansı məhsulları bahalaşdıracaq?

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son günlər müşahidə edilən güclü və davamlı yağışlar kənd təsərrüfatında bir sıra çətinliklər yaradıb.

Havanın tez-tez dəyişməsi və yağıntının çox olması torpağın həddindən artıq nəmlənməsinə səbəb olur və bu, əkinlərin normal inkişafına mənfi təsir göstərir.

Bir çox bölgələrdə sahələrdə su yığılması müşahidə olunur, nəticədə taxıl sahələri zədələnir, meyvə və tərəvəz məhsulları isə keyfiyyətini itirir və məhsuldarlıq azalır. Hətta bəzi rayonlarda sel hadisələri baş verdiyi üçün əkin sahələri su altında qalıb. Bu vəziyyət həm taxılçılıq, həm də meyvə-tərəvəz istehsalı ilə məşğul olan təsərrüfatlar üçün əlavə çətinliklər yaradır.

Bu cür güclü və davamlı yağıntılar kənd təsərrüfatında ümumi məhsuldarlığa necə təsir göstərir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, yağışların çox olması əkin sahələrində çətinliklər yaradır:

"Güclü və davamlı yağışlar kənd təsərrüfatında ümumi məhsuldarlığı adətən azaldır. Torpaqda suyun həddindən artıq yığılması bitkilərin kök sisteminə zərər verir, oksigen çatışmazlığı yaradır. 

Nəticədə bitkilər zəifləyir və ya məhv olur. Taxıl sahələrində əkinlərin yerə yatması məhsul yığımını çətinləşdirir və keyfiyyətin aşağı düşməsinə səbəb olur. 

Meyvə və tərəvəzlərdə isə artıq rütubət çürümə, xəstəliklərin yayılması və məhsulun saxlanma müddətinin azalması ilə nəticələnir. Sel hadisələri isə birbaşa məhsul itkisinə gətirib çıxarır".

Ekspert qeyd edib ki, belə hallarda ümumi istehsal həcmi azalarsa, bazarda təklif də aşağı düşür:

"Təklif azaldıqda isə xüsusilə yerli istehsaldan asılı olan məhsulların qiymətində artım müşahidə oluna bilər. Bununla yanaşı, əgər itkilər genişmiqyaslı olmazsa və ya idxal hesabına bazar təmin edilərsə, qiymətlərdə ciddi dəyişiklik baş verməyə də bilər".

Gülər Həsənli 

"Cebheinfo.az"

Açar sözlər:

məhsul Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr