AZ

“Yaxşı ki, səviyyəsiz verilişlər yığışdırıldı” - Hüseyn Məhəmmədoğlu

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu televiziya verilişlərinin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

"Yeni Sabah" xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə paylaşdığı videoda danışıb:

"İndi verilişlər necə də gözəl olub. Gözəl musiqi, mahnılar, bir-birinə sataşmırlar, dava etmirlər. Pis əməllərini ortaya qoymurlar. Yaxşı ki, səviyyəsiz verilişlər yığışdırıldı. Bir-iki verilişdən başqa qalanları səviyyəsiz idi".

Qeyd edək ki, bir müddət əvvəl aparıcı Xoşqədəm Hidayətqızı, Zaur Kamal Zaur Baxşəliyev, Elgiz Əkbər, Zaur Nəbioğlu və Tarix Əliyevin (Tolik) verilişinin yayımı dayandırılıb./Axsam.az


Telegram kanalımız
Seçilən
22
8
yenisabah.az

9Mənbələr