AZ

Lerikin bəzi ərazilərində işıq olmayacaq

Bu gün Lerikin bəzi ərazilərində elektrik enerjisi olmayacaq...

"Azərişıq"dan verilən məlumata görə, aprelin 7-də Lerik Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Lənkəran-1” yarımstansiyasından çıxan 35 kV-luq "Hamarat" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Lerikin Bürsülüm, Əliabad, Hamarat, Rvarud, Veri kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Poliqon.info

Seçilən
30
30
poliqon.info

10Mənbələr