AZ

Şimali Koreya ilə bağlı diqqətçəkən İran iddiası

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Şimali Koreya ABŞ və İsrailin İranla müharibəsində Tehrana silah və ya təchizat göndərməyib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi Cənubi Koreya siyasətçilərinə və kəşfiyyat xidmətlərinə istinadən məlumat yayıb.

İddialara görə, Kim Çen İn ABŞ-la diplomatiya üçün məkan yaratmağa hazırlaşır:

“Şimali Koreya İranın dini lideri Əli Xamenei öldürüldükdə başsağlığı mesajı göndərmədi, o cümlədən yeni rəhbərliyi təbrik etmədi. Onlar diplomatiya üçün hazırlıqlar görür”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn üç dəfə görüşüblər: 2018-ci ilin iyun ayında Sinqapurda, 2019-cu ilin fevral ayında Hanoyda və 2019-cu ilin iyun ayında Şimali və Cənubi Koreya arasında sərhəd kəndi olan Panmunjomda.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
globalinfo.az

1Mənbələr