Macarıstan Azərbaycanın Cəbrayıl rayonunun Soltanlı kəndində aparılan bərpa və yenidənqurma işlərinə maliyyə dəstəyi göstərəcək.
BAKU.WS-in məlumatına görə, ölkə tərəfindən bu məqsədlə 30 milyon ABŞ dolları həcmində qrant ayrılması nəzərdə tutulur. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Macarıstan Yardım Agentliyi arasında Soltanlı kəndində yaşayış binalarının yenidən qurulmasını əhatə edən layihə üzrə qrant vəsaitinin qəbuluna dair "Təsdiq Məktubu" imzalanıb.
Sənəd Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiqlənib.