AZ

Xocavənd şəhərinə növbəti köç yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Xocavənd şəhərinə növbət köç karvanı ilə 33 ailə olmaqla 142 nəfər yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

Laçın rayonu
Laçın – 2245 nəfər (607 ailə)
Bəylik – 316 nəfər (79 ailə)
Zabux – 823 nəfər (217 ailə)
Sus – 215 nəfər (59 ailə)

Füzuli rayonu
Füzuli – 3136 nəfər (823 ailə)

Zəngilan rayonu
Ağalı – 981 nəfər (216 ailə)
Məmmədbəyli – 856 nəfər (168 ailə)

Ağdərə rayonu
Suqovuşan – 591 nəfər (180 ailə)
Talış – 90 nəfər (20 ailə)
Həsənriz – 1066 nəfər (270 ailə)
Kolatağ – 120 nəfər (33 ailə)
Vəngli – 528 nəfər (135 ailə)
Aşağı Oratağ – 368 nəfər (81 ailə)
Çapar- 135 nəfər (37 ailə)
Heyvalı – 192 nəfər (43 ailə)
Çıldıran – 107 nəfər (26 ailə)

Şuşa rayonu
Şuşa – 1396 nəfər (371 ailə)

Xocalı rayonu
Xocalı – 631 nəfər (141 ailə)
Ballıca – 1034 nəfər (232 ailə)
Təzəbinə – 646 nəfər (146 ailə)
Xanyurdu – 445 nəfər (126 ailə)
Şuşakənd – 418 nəfər (110 ailə)
Badara – 266 nəfər (73 ailə)
Seyidbəyli – 251 nəfər (69 ailə)
Daşbulaq – 109 nəfər (26 ailə)

Cəbrayıl rayonu
Cəbrayıl 2866 nəfər (659 ailə)
Horovlu – 1222 nəfər (300 ailə)

Ağdam rayonu
Ağdam şəhəri – 1073 nəfər (293 ailə)
Sarıcalı – 771 nəfər (185 ailə)
Kəngərli – 1129 nəfər (269 ailə)
Xıdırlı – 2471 nəfər (623 ailə)

Xocavənd rayonu
Xocavənd – 651 nəfər (170 ailə)
Hadrut – 229 nəfər (56 ailə)
Qırmızı Bazar – 686 nəfər (162 ailə)
Sos – 360 nəfər (85 ailə)
Xanoba – 114 nəfər (25 ailə)
Xocavənd – 130 nəfər (31 ailə)

Kəlbəcər rayonu
Kəlbəcər – 680 nəfər (162 ailə)

Xankəndi
Xankəndi şəhəri – 162 nəfər (36 ailə)
Kərkicahan – 140 nəfər (35 ailə)

Cəmi: 29 649 nəfər
Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 75 mindən çox insan yaşayır.

Seçilən
6
veteninfo.az

1Mənbələr