AZ

Trampa İranla bağlı AĞIR ZƏRBƏ: Müttəfiqi ABŞ-a QADAĞA QOYDU

Böyük Britaniya ABŞ-a İranın infrastrukturuna zərbələr endirmək üçün öz bazalarından istifadəsinə icazə verməyəcək.

KONKRET.az xəbər verir ki, London ABŞ-ın İran ərazisindəki körpülər və elektrik stansiyaları kimi obyektlərə zərbələr endirmək üçün öz hərbi bazalarından istifadə etməsinə qadağa qoyub.

Məlumata görə, Böyük Britaniya hökuməti bu cür zərbələri hücum xarakterli əməliyyat hesab edir.

Rəsmi London yalnız müdafiə məqsədli hərbi fəaliyyətlərə razılıq verildiyini bildirir.

Bununla belə, qeyd olunur ki, hazırda ABŞ-a məxsus strateji bombardmançı təyyarələr Britaniyanın Fairford bazasından havaya qalxaraq İran istiqamətində uçuşlar həyata keçirir.

Fairford hərbi bazası Avropada ABŞ-ın strateji bombardmançı təyyarələrinin qəbul edildiyi yeganə baza hesab olunur. Bu baza daha əvvəl İraq və Yuqoslaviyaya qarşı hərbi əməliyyatlar zamanı da istifadə olunub. Hazırda isə həmin bazadan İranla bağlı əməliyyatlar üçün uçuşların həyata keçirildiyi bildirilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
17
konkret.az

1Mənbələr