Aktual.az xəbər verir ki, bu barədə Demokratiyanın Müdafiəsi Fondunun analitikləri Conatan Saye və Samuel Ben-Urun birgə yazısında qeyd olunub.
Yazıda rejimin yaşamasının hazırda parlamentdəki əsas fiqurlardan, SEPAH-dan, Ali Milli Təhlükəsizlik Şurasından, məhkəmə sistemindən və ölkənin hüquq-mühafizə orqanlarından asılı olduğu bildirilib.
Müəlliflər İrana 5 nəfərin rəhbərlik etdiyini vurğulayıblar:
1. İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf;
2. Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Məhəmməd Bağır Zülqədr;
3. SEPAH-ın komandanı Əhməd Vahidi;
4. İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ejei;
5. İranın hüquq-mühafizə orqanları idarəsinin rəhbəri Əhmədrza Radan.
Qeyd edək ki, aprelin 1-də "Əl Hədəs” nəşri İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ejeinin Tehrana endirilən hava zərbəsi nəticəsində öldürülməsi barədə məlumat yaymışdı.