İstanbulda İsrail Konsulluğunun qarşısında atışmada silahlılardan ikisi öldürülüb...
NTV-nin xəbərinə görə, daha bir silahlı isə yaralı halda ələ keçirilib.
Bundan başqa, atışmada iki polis əməkdaşı yaralanıb.
Ədliyyə naziri hadisə ilə bağlı prokurorluqda araşdırma başladıldığını bildirib.
***
İstanbulda İsrail Konsulluğunun qarşısında atışmada 3 nəfər zərərsizləşdirilib.
NTV-nin xəbərinə görə, bir nəfər ölüb, bir nəfər isə yaralıdır.
***
İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilir.
NTV-nin xəbərinə görə, bir polis əməkdaşı yaralanıb.
Leventdə yerləşən İsrail konsulluğunun yaxınlığında atəş səslərinin eşidildiyi qeyd olunur.
Hadisə yerinə çoxsaylı polis əməkdaşları və təcili tibbi yardım briqadaları göndərilib.
Bir nəfərin yaralı saxlanıldığı qeyd olunub.
Konsulluğun təxminən bir ildir bağlı olduğu deyilir. (APA)
Poliqon.info