AZ

İran ordusu ABŞ və İsrailin mövqelərini dronlarla atəşə tutub

Bakı. Trend:

İran ordusu ABŞ və İsrailin mövqelərini çoxlu sayda kamikadzedronları ilə atəşə tutub.

Trend-inməlumatına görə, bu barədə İran ordusu məlumat yayıb.

Məlumata görə, İsraildə Dimona sənaye bölgəsində neft-kimayanacağı anbarları, elektrik istehsalı bloku, ABŞ-nin BƏƏ-dəkihərbi dəniz donanmasının təmir və ehtiyat mərkəzi və KüveytdəkiHərbi Hava Bazasının binaları atəşə tutulub.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Seçilən
49
17
az.trend.az

10Mənbələr