AZ

Məşhur futbolçu karyerasını bitirdi

style='margin-bottom:10px;'>

"Arsenal"ın və Uels millisinin sabiq futbolçusu Aaron Remzi karyerasını başa vurub.

QOL.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

Remzi karyerasını məşqçi kimi davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, Aaron Remzi "Kardiff", "Nottingem Forest", "Arsenal", "Yuventus", "Reyncers", "Nitsa" və "UNAM Pumas"ın formasını geyinib. Təcrübəli oyunçu Uels millisinin heyətində keçirdiyi 86 matçda 21 qol vurub, 9 qol ötürməsi edib.

Seçilən
6
1
teleqraf.com

2Mənbələr